18 May Beynəlxalq Muzeylər Günü münasibətilə “Ümid yeri” uşaq sığınacağındakı balaca dostlarımızla Hərbi Qənimətlər Parkına ekskursiya etdik. Açıq səma altında nümayiş olunan bu nadir muzey uşaqların böyük marağına səbəb oldu.

🔎 Uşaqlar şanlı zəfərimizin canlandırıldığı muzeydə düşməndən hərbi qənimət kimi götürülən atıcı silahları, ağır texnikaları, raket komplekslərini və digər hərbi eksponatları incələdilər, olduğu kimi hazırlanan erməni kazarma və sığınacaq otaqlarını gəzdilər.

💚 Başda Hərbi Qənimətlar Parkı olmaqla bütün muzeylər sahib olduğumuz tarixin, milli-mənəvi irsimizin ən gözəl qoruyucusudur.

blank
blank
blank
blank
blank
blank
blank
blank
blank

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Huner Group-la birlikdə Birgə və Sağlam İctimai Birliyinin himayəsində olan autizm spektr pozuntulu dostlarımızla çox gözəl vaxt keçirdik.

💚 Ağ Şəhərdə yerləşən Nizami Gəncəvi parkında piknik təşkil edərək onlarla söhbət etdik, müxtəlif oyunlar oynadıq, dedik, güldük, əyləndik. Təbiətlə iç-içə zaman keçirmək xüsusi diqqətə və qayğıya ehtiyacı olan gözəl ürəkli balacalar üçün çox faydalı oldu. Biz isə onların simalarında kiçik bir təbəssüm yaratdığımız üçün xoşbəxt olduq.

📌 Qeyd edək ki, əsasən uşaqlarda rast gəlinən autizm spektr pozsuntusundan dünyada 70 milyondan çox insan əziyyət çəkir. Ölkəmizdə isə bu statistika 2000-ə yaxındır. Unutmayaq ki, çoxlarının xəstəlik və ya bir çatışmazlıq kimi qəbul etdiyi autizmə özünəməxsusluq kimi baxmağı bacarsaq, onları cəmiyyətə qazandırmaq da daha asan olar.

blank
blank
blank
blank
blank
blank
blank
blank

“Şəhidlər unudulduğu zaman ölər” deyirlər. Onlar əziz xatirələri yaşadıqca daim yaşayacaqlar. “Nəfəs” İctimai Birliyi bu xatirəni əbədiləşdirmək üçün şəhid İbadov Rauf Məhərrəm oğlunun bizə yadigar qalan rəsm əsərlərindən ibarət sərgi təşkil edib.

“Nəfəs” İctimai Birliyinin və Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev mərkəzində baş tutan sərgidə şəhidin ailə üzvləri, döyüş yoldaşları, şəhid anaları, o cümlədən Sumqayıt şəhər İcra Hakimiyyətinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin nümayəndələri, şəhidin təhsil aldığı Azərbaycan Memarlıq İnşaat Universitetinin İnşaat texnologiyaları fakültəsinin dekanı Nailə Haqverdiyeva, şair Əşrəf Veysəlli, rəssam Tofiq Əhmədov və digər ictimai-siyasi xadimlər iştirak ediblər. Tədbirdə şəhidin əziz xatirəsi yad olunub, onu tanıyanlar və doğmaları öz duyğularını bölüşüblər.

Sərgidə iştirak edən tanınmış rəssam Tofiq Əhmədov kətan üzərində yağlı boya ilə yaratdığı şəhidin portretini onun valideynlərinə təqdim edib.

Daha sonra qonaqlar şəhidin sərgidə nümayiş olunan 44 rəsm əsəri ilə tanış olublar.

Vətən torpaqlarının müstəqilliyi uğrunda şəhid olanlar tarixin qızıl səhifələrində və xalqımızın yaddaşında əbədi olaraq yaşayacaqlar. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. BAKU.WS
https://baku.ws/page/2/

blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
blank

• CƏMİYYƏT • GÜNDƏM

“Nəfəs” İctimai Birliyi AFAD-a maddi yardım etdi

6-02-2023, 16:53

“Nəfəs” İnsanlığa Dəstək İctimai Birliyi qardaş Türkiyə dövlətində baş vermiş zəlzələ ilə bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə maddi yardım edib.

blank



BAKU.NEWS xəbər verir ki, bu barədə İctimai Birlik məlumat yayıb.
“Bu gecə Türkiyəmizin bir sıra bölgələrində baş verən dəhşətli zəlzələ xəbəri hər birimizi dərindən üzdü. Fiziki olaraq əlimizdən bir şey gəlməsə də, qardaş xalqımıza dəstək olmaq üçün Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna 50 000 TL dəstək göstərdik.

Bu ağır faciədə həyatını itirən yüzlərlə soydaşımıza Allahdan rəhmət diləyir, yaralılara və dağıntılar altında qalanlara isə acil yardım və şəfa diləyirik. Başın sağ olsun, Türkiyə!

Qeyd edək ki, “Nəfəs” İnsanlığa Dəstək İctimai Birliyi eyni maraqlar uğrunda birləşmiş könüllülərin təşəbbüsü ilə yaradılan, yardımlaşma və dayanışma prinsipləri ilə fəaliyyət göstərən insanlıq hərəkatıdır.”

“Nəfəs” İctimai Birliyindən təqdirəlayiq addım

 11:03   21 İyun 2022    Oxunub:636   “Nəfəs” İctimai Birliyi növbəti təqdir olunası addım atıb. AzVision.az xəbər verir ki, təşkilat şəhid ailəsinin mənzil şəraitinin yaxşılaşdırmasına dəstək olub.İctimai birliyin bununla bağlı yaydığı məlumatda deyilir:

““Nəfəs” İctimai Birliyi olaraq bu dəfə Hadrut uğrunda gedən döyüşlərdə həyatından keçən qəhrəman şəhidimiz Hüseynli İbrahimin ailəsinə dayaq olduq. Dövlət tərəfindən ailəyə bağışlanan mənzili yaşayış üçün zəruri olan mebel və avadanlıqlarla təmin etdik, yerləşdirdik və hazır vəziyyətə gətirdik. Şəhidimizin özü kimi mərd yoldaşı Sürfanə xanımı və doğulduğu gündən etibarən himayəmizdə böyüyən, atasının son arzusuna əsasən Alituran adı verilən balamızı yeni evinə köçürdük. Dəyərli ailəmizə yeni mənzilində qayğısız sevincli günlər arzu edirik”.

Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu olan şəhid Hüseynli İbrahim Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

AzVision.az

Yazı naviqasiyası