Haqqımızda

Biz kimik?

“Nəfəs” İnsanlığa Dəstək İctimai Birliyi eyni maraqlar uğrunda birləşmiş könüllülərin təşəbbüsü ilə yaradılan, ictimai əsaslarla fəaliyyət göstərən, gəlir əldə etməyi nəzərdə tutmayan, fəaliyyət istiqamətini yardımlaşma və dayanışma prinsipləri əsasında həyata keçirən insanlıq hərəkatıdır. Məqsədimiz ölkəmizin sosial, ictimai və mədəni həyatında əhəmiyyətli işlər görərək öz dəstəyimizi göstərməkdir.

Platformamız sosial problemlərin həlli istiqamətində xüsusi qayğıya ehtiyacı olan insanların həyatlarına toxunur, onlara nəfəs olmaq üçün yardımsevər insanları bir araya toplayır. Biz həmçinin, qloballaşan dünyamızda milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq  və mədəniyyətimizi geniş şəkildə təbliğ etmək istəyirik. İnsanlığa göstərdiyimiz xüsusi diqqətdən savayı təbiətimizin və ətraf mühitin mühafizəsi kimi ekoloji sahələrdə də faydalı işlər görərək sağlam həyatı gündəlik yaşam tərzinə uyğunlaşdırmağa çalışırıq.

Biz yaşanılan bütün sıxıntılara və çətinliklərə baxmayaraq sevginin paylaşdıqca çoxaldığına, kədərin isə paylaşdıqca azaldığına inanırıq. Bu yolda bir nəfəs də sən ola bilərsən!

Play Video