1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Huner Group-la birlikdə Birgə və Sağlam İctimai Birliyinin himayəsində olan autizm spektr pozuntulu dostlarımızla çox gözəl vaxt keçirdik.
Ağ Şəhərdə yerləşən Nizami Gəncəvi parkında piknik təşkil edərək onlarla söhbət etdik, müxtəlif oyunlar oynadıq, dedik, güldük, əyləndik. Təbiətlə iç-içə zaman keçirmək xüsusi diqqətə və qayğıya ehtiyacı olan gözəl ürəkli balacalar üçün çox faydalı oldu. Biz isə onların simalarında kiçik bir təbəssüm yaratdığımız üçün xoşbəxt olduq.
Qeyd edək ki, əsasən uşaqlarda rast gəlinən autizm spektr pozsuntusundan dünyada 70 milyondan çox insan əziyyət çəkir. Ölkəmizdə isə bu statistika 2000-ə yaxındır. Unutmayaq ki, çoxlarının xəstəlik və ya bir çatışmazlıq kimi qəbul etdiyi autizmə özünəməxsusluq kimi baxmağı bacarsaq, onları cəmiyyətə qazandırmaq da daha asan olar.










