“Nəfəs” İctimai Birliyinin və “Məmmədyarovlar Şahmat Məktəbi”nin birgə təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə həyata keçirilən beynəlxalq şahmat turniri başa çatıb.

Turnirdə müxtəlif dərəcələr üzrə qaliblər müəyyənləşib və mükafatlandırılıb. “Nəfəs” İctimai Birliyinin baş sponsorluğu ilə baş tutan turnirin ümumi mükafat fondu 20 000 AZN təşkil edib.

Qeyd edək ki, 1 həftədir davam edən turnir Milli Məclisin Mədəniyyət Komitəsinin sədri mərhum Millət vəkili Qənirə xanım Paşayevanın xatirəsini əbədiləşdirmək məqsədilə həyata keçirilib.

https://baku.ws/sports/211828: Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş şahmat turniri başa çatıb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri olmuş mərhum Millət vəkili Qənirə xanım Paşayevanın xatirəsinə həsr edilmiş şahmat turnirinin açılış mərasimi keçirilib.

Turnir “Nəfəs” İctimai Birliyinin və “Məmmədyarovlar Şahmat Məktəbi”nin birgə təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə “Ramada by Wyndham Baku”da keçirilir.

Tədbirin aparıcısı – Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı öncə iştirakçıları şəhidlərimizin və Qənirə Paşayevanın ruhuna sayğı duruşuna, ardından Dövlət Himnini oxumağa dəvət edib. Sonra mərhum Komitə sədrinin xatirəsinə hazırlanmış video-çarx nümayişi olunub. 

Açılış törənində qadınlar arasında beynəlxalq qrosmeyster, “Məmmədyarovlar Şahmat Məktəbi”nin rəhbəri Zeynəb Məmmədyarova, Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, Millət vəkili Arzu Nağıyev, Paralimpiya çempionu, “Şöhrət” ordenli Əməkdar idman ustası, qazi İlham Zəkiyev, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, “Nəfəs” İB-nin sədri Firəngiz Balakişiyeva və Qənirə Paşayevanın qardaşı Aslan Paşayev çıxış edib. 

Çıxışlarda Qənirə xanımın həyat və fəaliyyətindən söz açılıb, özünün şahmat həvəskarı olması, yeniyetmə və gənclərin şahmata marağının artması yönündə çağırışları minnətdarlıqla vurğulanıb. 

Tədbirdə tanınmış şahmatçılar, təşkilatçı qurumların fəalları, vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri və digərləri iştirak edib.

Açılış törəninin ardınca rəsmi qonaqlar lider masalara yaxınlaşıb, “ilk gediş” ediblər və sonra turnir start götürüb. 

Qeyd edək ki, turnir dekabrın 21-dək davam edəcək. Turnirin baş hakimi beynəlxalq dərəcəli hakim Elşad Abdullayev, onun köməkçisi milli hakim Fidan Talıbovadır. 

Turnirin sonunda qaliblərə diplom, pul mükafatı və qiymətli hədiyyələr, bütün iştirakçılara müvafiq sertifikat və xatirə hədiyyəsi təqdim olunacaq. Gələcəkdə turnirin türk ölkə və topluluqlarının, ümumən müxtəlif ölkələrin nüfuzlu şahmatçılarının iştirakı ilə davamlı olaraq keçirilməsi nəzərdə tutulub.

https://qaynarinfo.az/az/qenire-pasayevanin-xatiresine-hesr-edilmis-sahmat-turnirinin-acilisi-oldu-fotolar: Qənirə Paşayevanın xatirəsinə həsr edilmiş şahmat turnirinin açılışı oldu

📢 Ötən il başlatdığımız “Kitabxanasız məktəb qalmasın” adlı kampaniyamızın növbəti – 7-ci ünvanı Tovuz rayonu oldu.Kampaniya çərçivəsində rayonun Bayramlı və Yuxarı Öysüzlü kənd tam orta məktəblərinin kitabxana otaqlarında abadlıq işləri apardıq, şkafları yenilədik, sinif otaqlarının divarlarında rəngarəng oxu guşələri yaratdıq. Bununla yanaşı məktəblilərin dünyagörüşünü zənginləşdirmək üçün kitabxanalara 200-dək müxtəlif məzmunlu elmi və bədii kitablar hədiyyə etdik.

💚 Qeyd edək ki, kampaniyamızı il ərzində digər regionlarımızın ucqar bölgələrində davam etdirərək daha çox məktəbə nəfəs olmaq üçün çalışacağıq!

blank
blank
blank
blank
blank
blank
blank

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Huner Group-la birlikdə Birgə və Sağlam İctimai Birliyinin himayəsində olan autizm spektr pozuntulu dostlarımızla çox gözəl vaxt keçirdik.

💚 Ağ Şəhərdə yerləşən Nizami Gəncəvi parkında piknik təşkil edərək onlarla söhbət etdik, müxtəlif oyunlar oynadıq, dedik, güldük, əyləndik. Təbiətlə iç-içə zaman keçirmək xüsusi diqqətə və qayğıya ehtiyacı olan gözəl ürəkli balacalar üçün çox faydalı oldu. Biz isə onların simalarında kiçik bir təbəssüm yaratdığımız üçün xoşbəxt olduq.

📌 Qeyd edək ki, əsasən uşaqlarda rast gəlinən autizm spektr pozsuntusundan dünyada 70 milyondan çox insan əziyyət çəkir. Ölkəmizdə isə bu statistika 2000-ə yaxındır. Unutmayaq ki, çoxlarının xəstəlik və ya bir çatışmazlıq kimi qəbul etdiyi autizmə özünəməxsusluq kimi baxmağı bacarsaq, onları cəmiyyətə qazandırmaq da daha asan olar.

blank
blank
blank
blank
blank
blank
blank
blank

💐 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsini ziyarət etdik. Görüşdə birliyimizin sədri Firəngiz Balakişiyeva ilə yanaşı millət vəkili Qənirə Paşayeva, “Unity Company” şirkətinin təsisçisi Fikrət Əliyev, Zərifə Arzumanova, “RHİM” İB-nin sədri Arzu Bağırova, modelyer Afaq İsmayılzadə və psixoloq Xatirə Səfərova iştirak etdilər. Müəssisədə məhkum xanımlar üçün yaradılan şəraitlə tanış olduq, qayğılarını dinlədik, onların peşə öyrənmələri üçün fəaliyyət göstərən peşə məktəbində xalçaçılıq, toxuculuq, dərzilik, qənnadçılıq kimi müxtəlif sahələr üzrə tədris otaqlarını gəzdik. Xanımların əl əməyi, göz nuru ilə bişirdikləri şirniyyatlardan daddıq, hazırladıqları müxtəlif toxuculuq məhsulları ilə tanış olduq. Görüşün sonunda bütün xanımlara müxtəlif hədiyyələr və kitablar təqdim olundu.

🍃 Arzu edirik ki, xanımlarımız tez bir zamanda öz azadlıqlarına qovuşaraq ailələrinin, sevdiklərinin əhatəsinə dönsünlər və həyatlarında yeni səhifə açaraq xoşbəxt yaşasınlar.

blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
blank

Yazı naviqasiyası