“Şəhidlər unudulduğu zaman ölər” deyirlər. Onlar əziz xatirələri yaşadıqca daim yaşayacaqlar. Biz də bu xatirələri əbədiləşdirmək üçün şəhidimiz mayor Emin Süleymanovun döyüş yolundan bəsh edən “Qutsal yolçu” kitabının nəşr olunmasını öz öhdəliyimizə götürdük.

📖 Dünya Gənc Türk Yazarlar Birliyinin vasitəçiliyi və yazıçı Şəhanə Müşfiqin müəllifliyi ilə nəşr olunan kitabın təqdimat mərasimi Beynəlxalq Muğam Mərkəzində baş tutdu. “Nəfəs” İB və Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilən tədbirdə şəhidimizin dəyərli ailə üzvləri, döyüş yoldaşları, şəhid anaları, ictimai xadimlər və media nümayəndələri iştirak etdilər. Tədbirdə birliyimizin sədri Firəngiz Balakişiyeva, millət vəkili Qənirə Paşayeva, şəhidimizin həyat yoldaşı Məshəti Süleymanova və döyüş yoldaşları öz duyğularını bölüşdülər. Tədbirin bədii hissəsində Əməkdar artist Nuriyyə Hüseynova vətənpərvərlik mövzulu mahnılarla çıxış etdi.

🇦🇿 Vətən torpaqlarının müstəqilliyi uğrunda şəhid olanlar tarixin qızıl səhifələrində və xalqımızın yaddaşında əbədi olaraq yaşayacaq. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

blank
blank
blank
blank
blank
blank
blank
blank
blank

💚 Müqəddəs Ramazan ayı ərəfəsində diqqətimizi və sevgimizi yenidən xüsusi qayğıya ehtiyacı olan insanlara yönəltdik. Bu münasibətlə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserini ziyarət etdik. Birliyimizin sədri Firəngiz Balakişiyeva, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və “Könül dostları” qrupunun nümayəndələrinin iştirakı ilə baş tutan ziyarətdə müəssisənin dəyərli rəhbəri ilə görüşdük. Burada reabilitasiyası davam edən insanlarla, xüsusilə də qadınlarla yaxından tanış olduq, söhbətləşdik, onların qayğılarını dinlədik.

blank
blank
blank
blank
blank

2023-cü ilin yaz ağac əkini mövsümündə “Nəfəs” İctimai Birliyinin genişmiqyaslı ağacəkmə aksiyası baş tutdu!

🌳 Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş aksiyada Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Sumqayıt şəhər mədəniyyət ictimaiyyətinin nümayəndələri, o cümlədən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, qazilər, habelə Türk dünyasından bir qrup yazar iştirak etdilər. Sumqayıt Dənizkənarı Bulvarında baş tutan aksiyada 500 zeytun fidanını torpağa qovuşdurduq.

💚 Təbiətimizə nəfəs olan bütün aksiya iştirakçılarına bir daha öz dərin minnətdarlığımızı bildiririk.

blank
blank
blank
blank
blank
blank
blank
blank
blank

18 May Beynəlxalq Muzeylər Günü münasibətilə “Ümid yeri” uşaq sığınacağındakı balaca dostlarımızla Hərbi Qənimətlər Parkına ekskursiya etdik. Açıq səma altında nümayiş olunan bu nadir muzey uşaqların böyük marağına səbəb oldu.

🔎 Uşaqlar şanlı zəfərimizin canlandırıldığı muzeydə düşməndən hərbi qənimət kimi götürülən atıcı silahları, ağır texnikaları, raket komplekslərini və digər hərbi eksponatları incələdilər, olduğu kimi hazırlanan erməni kazarma və sığınacaq otaqlarını gəzdilər.

💚 Başda Hərbi Qənimətlar Parkı olmaqla bütün muzeylər sahib olduğumuz tarixin, milli-mənəvi irsimizin ən gözəl qoruyucusudur.

blank
blank
blank
blank
blank
blank
blank
blank
blank

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Huner Group-la birlikdə Birgə və Sağlam İctimai Birliyinin himayəsində olan autizm spektr pozuntulu dostlarımızla çox gözəl vaxt keçirdik.

💚 Ağ Şəhərdə yerləşən Nizami Gəncəvi parkında piknik təşkil edərək onlarla söhbət etdik, müxtəlif oyunlar oynadıq, dedik, güldük, əyləndik. Təbiətlə iç-içə zaman keçirmək xüsusi diqqətə və qayğıya ehtiyacı olan gözəl ürəkli balacalar üçün çox faydalı oldu. Biz isə onların simalarında kiçik bir təbəssüm yaratdığımız üçün xoşbəxt olduq.

📌 Qeyd edək ki, əsasən uşaqlarda rast gəlinən autizm spektr pozsuntusundan dünyada 70 milyondan çox insan əziyyət çəkir. Ölkəmizdə isə bu statistika 2000-ə yaxındır. Unutmayaq ki, çoxlarının xəstəlik və ya bir çatışmazlıq kimi qəbul etdiyi autizmə özünəməxsusluq kimi baxmağı bacarsaq, onları cəmiyyətə qazandırmaq da daha asan olar.

blank
blank
blank
blank
blank
blank
blank
blank

Yazı naviqasiyası