Bu gün uzun müddətdir qayğıları ilə yaxından maraqlandığımız Vətən müharibəsi iştirakçısı olan qazimiz Allahverən Nuralıyevlə Aytac Eynalzadənin Sumqayıt “ASAN xidmət” mərkəzində nikahı qeydə alındı. Biz də “Nəfəs” İctimai Birliyi olaraq onların bu gözəl gündə iştirak etdik.
Müharibənin bizə qazandırdığı Allahverən kimi mərd və onun ağrı-acılarını unutduracaq Aytac kimi təmiz qəlbli insanları tanıdığımız üçün çox şadıq. Bu xoş tanışlığın hələ uzun müddət davam edəcəyinə inanır, cütlüyümüzə yeni həyat yolunda sonsuz xoşbəxtlik, sevgi və səadət dolu ömür arzu edirik.
Bütün şəhid övladları artıq Azərbaycan xalqının övladıdır və bizlərə əmanətdir. Qəhrəman şəhidimiz Şəhriyar Quliyevin oğlu Camal Quliyevin 5 yaşı tamam oldu. Biz də “Nəfəs” İctimai Birliyi olaraq onun doğum günündə iştirak etməyi özümüzə borc bildik və bu münasibətlə şəhidimiz Şəhriyarı da bir daha yad etdik. Gözəl balamıza Allahdan uzun, sağlam və xoşbəxt ömür arzu edirik. Camalı və onun timsalında şəhid övladlarını daim diqqət mərkəzində saxlamaq və onlara atasızlığı qismən də olsa unutdurmaq bizlərin borcudur.
MM-nın Mədəniyyət komitəsinin sədri Q. Paşayeva Aşağı Öysüzlü, Yuxarı Öysüzlü və Abulbəyli kəndindən olan şəhid ailələri ilə görüşüb Milli Məclisin üzvü, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonunun Aşağı Öysüzlü, Yuxarı Öysüzlü və Abulbəyli kəndindən olan şəhid ailələri ilə görüşüb.Abulbəyli kənd sakinləri –”Vətən uğrunda” medalı ilə təltif edilmiş şəhidi baş leytenant Emin Pünhan oğlu Mahmudov (01.06.1994, Tovuz – 11.10.2020, Hadrut),”Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid leytenant Aqil Aydın oğlu Məcidov (03.04.1998, Tovuz – 28.09.2020, Füzuli),”Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid əsgər Röyal Elzar oğlu Aslanov (17.05.2001, Abulbəyli, Tovuz – 30.09.2020, Füzuli),Aşağı Öysüzlü kənd sakinləri –”Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Fuad Ramin oğlu Əliyev (10.05.2001, Aşağı Öysüzlü, Tovuz – 11.11.2020, Şuşa),”Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Seymur Hüseyn oğlu Mehdiyev (20.04.1995, Aşağı Öysüzlü, Tovuz – 25.10.2020, Füzuli),Yuxarı Öysüzlü kənd sakinləri –”Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Vüqar Seyid oğlu Əkbərov (12.09.1990, Tovuz – 07.11.2020, Şuşa),”Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Elmar Elşən oğlu Əhmədov (28.07.2000, Yuxarı Öysüzlü, Tovuz – 19.11.2020, Füzuli),”Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Münasib Mübariz oğlu Yusifov (14.05.2000, Yuxarı Öysüzlü, Tovuz – 06.11.2020, Laçın),”Vətən uğrunda” medalı ilə təltif edilmiş şəhid Yusif Yaşar oğlu Ələsgərovun (14.10.1996, Yuxarı Öysüzlü, Tovuz – 07.11.2020, Xocavənd) ailə üzvləri iştirak edib.Şəhid ailəsi üzvlərini dinləyən Q.Paşayeva, fədakar zabit və əsgərlərin həyat və döyüş yolu ilə yaxından maraqlanıb, ailələrin qayğılarını öyrənib, öz ürək sözlərini bölüşüb, onları Ramazan bayramı münasibəti ilə təbrik edib:”Əziz şəhid ailələri,Siz Vətən uğrunda şəhid olmuş əsgərlərimizin doğmaları, ailə üzvlərisiz.Canını Vətən uğrunda qurban vermiş əziz şəhidlərimizlə hər zaman qürur duyacağıq.Şəhidlərimizin əziz ruhu qarşısında ehtiramla baş əyirik!Sizlərə – şəhidlərimizin ailə üzvlərinə minnətdarıq!Vətən Müharibəsindəki tarixi zəfərimizin sevinc və qürurunu daha çox Siz şəhid ailəsi üzvləri haqq edirsiz.Müqəddəs Ramazan bayramınız və qarşıdan gələn Cümhuriyyət gününüz mübarək olsun”!Komitə sədrinin şəhid ailələri ilə görüşündə Tovuz rayon İcra hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Təranə Bayramova, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva iştirak edib.Şəhid ailələrinə Komitə və “Nəfəs” İB adından yazılmış məktublar, eləcə də Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.
Milli Məclisin üzvü, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Ramazan bayramı günlərində Tovuz şəhərində, bu şəhərin 44 günlük Vətən Müharibəsində şəhid olmuş sakinlərinin ailə üzvləri ilə görüşüb.
Asiya.az xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanı, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Orxan Rövşən oğlu Cabbarov (16.10.1995, Tovuz – 09.11.2020, Şuşa), “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Ceyhun İqabl oğlu İsmayılov (25.09.1996, Tovuz – 2020, Füzuli), “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş şəhid Elmar Cəbrayıl oğlu Şirinov (09.03.2002, Xatınlı, Tovuz – 08.11.2020, Şuşa), “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Amil Bədrəddin oğlu Rüstəmov (10.12.1995, Bayramlı, Tovuz – 08.11.2020, Şuşa), “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Elcan Famil oğlu Cəlilov (26.02.1996, Tovuz –07.11.2020, Xocavənd) və “Vətən uğrunda” medalı ilə təltif edilmiş şəhid Cavid Natiq oğlu Hüseynovun (03.06.2001, Tovuz – 31.10.2020, Xocavənd) ailə üzvləri iştirak edib. Şəhid ailəsi üzvlərini dinləyən Q.Paşayeva, fədakar Vətən oğullarının həyat və döyüş yolu ilə yaxından maraqlanıb, ailələrin qayğılarını öyrənib, öz ürək sözlərini bölüşüb və onları Ramazan bayramı münasibəti ilə təbrik edib:
“Əziz şəhid ailələri, Siz Vətən uğrunda şəhid olmuş əsgərlərimizin doğmaları, ailə üzvlərisiz. Canını Vətən uğrunda qurban vermiş əziz şəhidlərimizlə hər zaman qürur duyacağıq. Şəhidlərimizin əziz ruhu qarşısında ehtiramla baş əyirik! Sizlərə – şəhidlərimizin ailə üzvlərinə minnətdarıq! Vətən Müharibəsindəki tarixi zəfərimizin sevinc və qürurunu daha çox Siz şəhid ailəsi üzvləri haqq edirsiz. Müqəddəs Ramazan bayramınız mübarək olsun”!
Komitə sədrinin şəhid ailələri ilə görüşündə Tovuz rayon İcra hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Təranə Bayramova, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva iştirak edib. Şəhid ailələrinə Komitə və “Nəfəs” İB adından yazılmış məktublar, eləcə də Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.