Bir il ərzində yaranmış “Nəfəs” İnsanlığa Dəstək İctimai Birliyi 2021-ci il böyük nailiyyətlər ilə geridə qoyur.

“Yeni Gündəm” xəbər verir ki, eyni maraqlar uğrunda birləşmiş könüllülərin təşəbbüsü ilə yaradılan, ictimai əsaslarla fəaliyyət göstərən, gəlir əldə etməyi nəzərdə tutmayan, fəaliyyət istiqamətini yardımlaşma və dayanışma prinsipləri əsasında həyata keçirən bu insanlıq hərəkatı bu il çıxdıqları yolda yüzlərlə insana və ailələrə maddi-mənəvi dəstək olub, onların arzularını reallışdırmağa çalışıb.

Birliyin bir illik hesabatında bildirilir:

“Məqsədimiz ölkəmizin sosial, ictimai və mədəni həyatında əhəmiyyətli işlər görərək öz dəstəyimizi göstərməkdir. Platformamız sosial problemlərin həlli istiqamətində xüsusi qayğıya ehtiyacı olan insanların həyatlarına toxunur, onlara nəfəs olmaq üçün yardımsevər insanları bir araya toplayır. Biz həmçinin, qloballaşan dünyamızda milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq və mədəniyyətimizi geniş şəkildə təbliğ etmək istəyirik.

Çox böyük ümidlərlə və qəlbimizin ən səmimi duyğuları ilə çıxdığımız bu yolda əsas məqsədimiz insanlara, heyvanlara, təbiətə, bir sözlə xüsusi qayğısı olan bütün canlı aləmə nəfəs olmaq əlimizdən gələn maddi-mənəvi bütün dəstəyi göstərmək idi. Fəaliyyət istiqamətimiz müxtəlif olsa da əsas gücümüz şəhid və qazi ailələrinə ayırdıq. Çünki ölkəmiz çox çətin və çox həssas bir dönəmdən keçdi. Doğrudur, şükürlər olsun ki, Vətən müharibəsindən, haqq savaşından qalib ayrıldıq, Qarabağımızı yenidən geri qazandıq. Lakin bu əvəzolunmaz hisləri bizə yaşadan şəhid və qazilərimizdən aldığımız xəbərlər bizi olduqca narahat edirdi. Düşündük, dedik ki, madam ki, həyatdayıq, gücümüz yetir, bir şeylər etməliyik. Bu minvalla qollarımızı çirmələyib, işə başladıq”.

Qeyd olunub ki, birlik bir il ərzində 189 şəhid və qazi ailəsində evini ziyarət edib, onların həyat hekayələrini dinləyib:
“Çalışdıq ki, yalnız mərkəzdə, Bakıda yaşayan qazi və şəhid ailələrini deyil, bölgələrdə yaşayanları da diqqətdən kənarda qoymayaq. Mövcud imkanlarımız daxilində müxtəlif bölgələri ziyarət etdik, sağlamlığını itirmiş 45 qazinin müayinə və müalicə xərclərini qarşıladıq onlardan 8-nin cərrahiyyə əməliyyatını həyata keçirdik. 53 şəhid və qazi ailəsinin sosial həyatına birdəfəlik maddi dəstək göstərdik. 4 ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına kömək etdik, evlərini bütün növ mebel və əşyalarla təmin etdik. Bir şəhidimizin dünyaya yenicə göz açan övladını bir il boyunca himayəyə götürdük və bütün ehtiyaclarını qarşıladıq. Bir şəhid bacısını həkim tövsiyəsi əsasında əməliyyat etdirdik”.

“Nəfəs” İctimai Birliyi əsas gücünü bu istiqamətə ayırsa da digər sahələri də unutmayıb:

“İstər sosial, istərsə də mədəni, istərsə də ekoloji, gücümüz nəyə çatdısa ona yetməyə çalışdıq.
Bu il ərzində “Bir ağac bir nəfər” devizi altında iki böyük ağacəkmə aksiyası həyata keçirdik. Ümumilikdə 700 fidana nəfəs verdik, onları torpağa qovuşdurduq.
Təhsil də bizim üçün ən önəmli sahələrdən biridir. Gələcəyə nəfəs olaq deyərək, bu istiqamətdə fəaliyyətimizi gücləndirdik. İl ərzində sosial təminatı aşağı olan 16 tələbənin təhsil xərclərini qarşıladıq və böyük qürur hissi ilə qeyd etmək istərdik ki, onlardan 11-i qəhrəman şəhidlərimizin övladıdır və ali təhsillərini Türkiyədə davam etdirirlər.

Bununla yanaşı “Bir çanta bir sevinc” adlı kampaniyasını da həyata keçirdik və Bakı, Sumqayıt da daxil olmaqla bölgələrdə yaşayan qazilərimizin ümumilikdə 85 məktəbli övladına dərs ləvazimatlarından ibarət məktəbli çantası təqdim etdik, onlara yeni təhsil ilində uğurlar arzuladıq.

İl boyunca məktəblilərin asudə vaxtlarının səmərəli keçməsi üçün “Bonus” Gənclər Birliyi ilə birgə layihə həyata keçirdik. Yeniyetmələrdə oxu vərdişini yaratmaq, onlarda dünya görüşünü inkişaf etdirmək və xarici dilə ədəbiyyata olan maraqlarını artırmaq üçün mütaliə və danışıq klubları təşkil etdik və uğurla yekunlaşdırdıq.
Ümumilikdə 110 ailənin sosial qayğılarına maddi və mənəvi dəstək olduq. Ailə başçısını itirmiş 2 xanımın sənət öyrənməsi üçün kursa yazdırdıq, bölgələrdə yaşayan iki ailənin isə yarımçıq qalmış mənzil tikintisini tamamladıq.

Fiziki məhduddiyyətli dostlarımızı da unutmadıq.

Anadangəlmə autism xəstəliyindən əziyyət çəkən bir uşağın ürəyinə nəfəs olmaq üçün idman, psixoloq və digər prosedurlarını həyata keçirdik və olduqca müsbət nəticələr əldə etdik.
Eyni diaqnozlu bir uşağın da bu ay eyni prosedurlarına başlamışıq.
Bununla yanaşı Nərimanov rayonunda yerləşən gözdən əlillər üçün nəzərdə tutulan yataqxanada olduqca çətin şəraitdə yaşayan 15 gözdən əlil ailəsini ziyarət etdik onların sıxıntılarına ortaq olduq. Sonra da tanış olduğumuz Azərbaycan Pedaqoji Universitetinin tarix və coğrafiya fakültəsinin 4-cü kurs tələbəsi, Kamal adlı bir gəncin kəsir borclarını qarşıladıq. Dünyanı gözləri yox, könülləri ilə yaşayan bu insanları daim diqqət mərkəzində saxlamaq onların həyatların kiçik də olsa toxuna bilmək bizi xoşbəxt etdi.
Ötən aylarda xalça muzeyində təşkilinə dəstək olduğumuz “Sərhədsiz sənətkarlıq” adlı xeyriyyə sərgi satış yarmarkasını da uğurla yekunlaşdırdıq. Sərgidə fiziki məhdudiyyətli bir qrup istedadlı dostumuzun rəsm əsərəri və əl işləri nümayiş olundu.

“Nəfəs” İctimai Birliyi olaraq bir müddət ehtiyacları ilə yaxından maraqlandığımız gənc rəssam Ceyhunun da bu sərgidə iştirakı və əsərlərinə olan böyük maraq bizə ayrıca qürurlandırdı.
Sevindirici haldır ki, 3 gün davam edən sərgidəki rəsm əsərlərinin demək olar ki, böyük əksəriyyəti aksiyanın elə ilk günündəcə satıldı. Bu isə özlüyündə bir daha onu göstərdi ki, ölkəmizdə bu növ sərgilərə laqeyd yanaşılmır.
Bu il həmçinin birliyimizin maddi dəstəyi ilə iki kitab da nəşr olundu. Millli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə yazıçı Güləmail Muradın “Tovuz döyüşləri”, Rauf Bəhmənlinin “Unudulmuş Azərbaycan marşları” kitablarının təqdimat mərasimi elə birliyimizin ofisində baş tutdu.
İl bizim üçün çox gözəl yekunlaşdı, Belə ki, Nəfəs İctimai Birliyi bir neçə QHT tərəfindən müxtəlif tərifnamələr və təşəkkürnamələr ilə təltif olundu.
Yola çıxdığımız ilk ildə həyata keçirdiyimiz işlərin, nəfəsi olduğumuz insanların hər ötən ayda sayca çoxalması bizim ən böyük motivasiya mənbəyimizdir”.

Xatırladaq ki, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyevadır.

https://yenigundem.az/nefes-in-ilk-ilde-cixdigi-yol-yuzlerle-insanlara-maddi-menevi-destek-oldu-arzularina-nefes-verdi/?fbclid=IwAR1w7RO_G3mwrOlFnk0dYb0x-eScaxy9K4r4WXQzBCf1rFrfe954EIq0U-w

https://www.islahat.az/nefes-in-ilk-ilde-cixdii-yol-yuzlerle-insanlara-maddi-menevi-destek-oldu-arzularina-nefes-verdi/?fbclid=IwAR1w7RO_G3mwrOlFnk0dYb0x-eScaxy9K4r4WXQzBCf1rFrfe954EIq0U-w

https://siyasi.az/arxivlər/12435?fbclid=IwAR3L2cljA6XWkGTPTt6Y2QFC59_mI0F1w-dr3UJcPd2_gtRoRhsj4TghRRw

http://mediaxeberleri.az/index.php?newsid=68150&fbclid=IwAR3WLAYq9zYmj6fA7aw-IUEDgqO2g7rvgkKqXwvQbywM11juu3QHzMVRywo

https://press.az/az/news/115542?fbclid=IwAR1P9g_TG-H6UvYVFrRA9d0Bu9CuG20ODtLEnz3ZQyPdNhludOqCBXSxWDc

https://moderator.az/cemiyyet/406507/nefes-in-ilk-ilde-cixdii-yolyuzlerle-insanlara-maddi-menevi-destek-oldu-arzularina-nefes-verdi/?fbclid=IwAR1ViVJ9_CND6kFFUK1Kug0YLOQJGCi5ZKovHNitY6MyQzqf03IL7NwTyVc

https://millitribuna.az/blog/nəfəs-in-ilk-ildə-cixdigi-yol-yuzlərlə-insanlara-maddi-mənəvi-dəstək-oldu-arzularina-nəfəs-verdi/?fbclid=IwAR2Y5xI8BuRCKpWZkjzh8NJI9OQkEjXiMFFEjtAG-pIyoOyCXlLVJtS6CjU

https://saat24.az/az/news/6397/nefes-in-ilk-ilde-cixdigi-yol-yuzlerle-insanlara-maddi-menevi-destek-oldu-arzularina-nefes-verdi?fbclid=IwAR0yaWanmP7zqsvTwjryOmiYdC-wLVWMVWTY36d9ToYeRONHzrsAW0IdAGU

http://xalqin.az/?p=1492&fbclid=IwAR0WVdykz7VF3ZGf_feQyrze9p30cZzTS9ORJ9gaMCRt4nkpH4QyMlcOGFo

https://qanunla.az/nefes-in-ilk-ilde-cixdigi-yol-yuzlerle-insanlara-maddi-menevi-destek-oldu-arzularina-nefes-verdi?fbclid=IwAR32WsYiiFqmfOar8l5iHvGPRAKMQo3g44dQXvORW5zFTBZm6GQjs6qqR1g

“NƏFƏS” İB-nin qərargahında keçirilən tədbirin aparıcısı – Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı Zəfər Bayramı günlərində təqdimatı keçirilən “Tovuz döyüşləri” kitabının, Azərbaycan- Ermənistan dövlət sərhəddinin Tovuzdan keçən hissəsində 12-16 iyul 2020-ci ildə baş verən qanlı döyüşlərdən, orada şəhid olan qəhrəman hərbçilərimizin həyat və döyüş yolundan bəhs etdiyini bildirib.

Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra kitab və kitabın mövzusu üzrə çıxışlar başlayıb. Kitabın müəllifi Güləmail Murad, kitabın önsöz müəllifi – “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva nəşrin məğzi, şəhidlərimizin ömür yolu haqqında ürək sözlərini bölüşüb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Zəfər Günü ərəfəsində Mədəniyyət Komitəsinin xətti ilə keçirilən silsilə tədbirlərdən danışıb, general Polad Həşimov, polkovnik İlqar Mirzəyev və onların silahdaşlarına həsr olunmuş kitab barədə fikirlərini bölüşüb:

“Biz hamımız tarixi Zəfər Günümuzün müəlliflərinə, onların əziz ailələrinə dərin ehtiramımızı bildirir, canını Vətən uğrunda qurban vermiş qəhrəmanlarımızın ruhu qarşında dərin ehtiramla baş əyirik. Müzəffər Silahlı Qüvvələrimiz Ali Baş Komandanımızın kamil rəhbərliyi ilə tarixi ədaləti bərpa edib. Belə bir əziz bayram günü ərəfəsində şəhidlərimiz – Milli Qəhrəman İlqar Mirzəyev, “Vətənə xidmətə görə” ordenli mayorumuz Anar Novruzov kimi peşəkar hərbçilərimizin ailə üzvlərinin iştirakı ilə onların döyüş yolundan, vətəncanlılığından söz açan kitabı təqdim etmək vəfa borcumuzun bir ifadəsidir.

Burada millət vəkillərimiz, şəhid ailələri, yaralı qazilərimizlə sıx təmasda olan QHT rəhbərləri, gənclərimiz istirak edir. Pandemiya məhdudiyyətlərinə görə daha çox iştirakçı və bir ayri məkanda toplaşmasaq da, dəqiq bilirik ki, kimi bu tədbirə cağırsaq, dəvətimizi qəbul edərdi. Tovuz döyüşləri tarixi ədalətin bərpasına imkan verən 44 günlük müharibədəki qələbəmizə gedən yolun əsasyaradıcı hissəsi oldu. Necə deyərlər, 4 gündən 44 günə yol – uğurlu yol göründü. Güləmail xanım bu kitabın üzərində çox zəhmət çəkib, hər bir şəhidin evini ziyarət edib, onların şəxsi əşyaları, əlyazmaları ilə tanış olub; o, şəhid ailələrinin hiss-həyəcanına, müharibənin ağrı-acılarına yaxından bələddir və o, bu kitabı da ürəyini dinləyərək yazıb. Əlbəttə, bu gün ən böyük təsəllimiz torpaqlarımızın işğaldan azad olunması, o torpaqlarda böyük infrastruktur layihələrinin icrası, quruculuq, abadlıq işlərinin aparılmasıdır. Şuşada dalğalanan üçrəngli müqəddəs bayrağımız, 8 noyabr Zəfərimiz bugünləri görməyən oğullarımızın ruhunu şad edən böyük səbəblərdir. Mən Tovuz döyüşləri başlarkən rayona yola düşdüm, atəşkəs bərpa olununcayadək orda oldum. Mənim Polad Həşimovu da, İlqar Mirzəyevi, Anar Novruzovu da, o biri hərbçilərimizi də yaxından tanımaq fürsətim oldu. Onlar düşməni Tovuzda durdurub, düsmənə zərbə vurdu və xalqımızın möhkəm birliyinin simvoluna çevrildi. Heç zaman unutmayacağıq. Bu kitab da sevgi, sayğının ifadəsidir”.

Millət vəkilləri – akademik Nizami Cəfərov, Məşhur Məmmədov Tovuz döyüşlərindən çıxan nəticələr, təqdim olunan kitabın məziyyətləri barədə danışıblar. Millət vəkilləri Tovuz döyüşlərində şəhid olan peşəkar hərbçilərin öz talelərini şüurlu şəkildə müəyyənləşdirdiklərini vurğulayıblar: onlar öz həyatlarını şüurlu surətdə hərb sənətinə bağlamışdı; onlar və onlar kimi oğullar Vətən uğrunda, tarixi ədalətin bərpası uğrunda hər şeyi gözə almışdı və bu yolda ölüm, daha doğrusu, ölümsüzlük olduğunu bilirdi. Bu mövzuda nə qədər prinsipial olduqlarını müqəddəs şəhidlik mərtəbəsinə yüksəlməklə sübut etdilər. “Qazax xeyriyyə cəmiyyəti”nin sədri Prof.Dr. İlham Pirməmmədov, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədr müavini Mübariz Hacıyev Tovuz doyüşlərində şəhid olan mərd Vətən övladlarının öz həyatları ilə bugünkü və gələcək nəsillərə örnək olduğunu bildirib, “Tovuz döyüşləri” kimi kitabların öyrədici özəlliklərini vurğulayıb. Natiqlər bu il birinci dəfə qeyd etdiyimiz 8 noyabr – Zəfər Bayramı Gününün tarixi önəmindən, bu günu bizə bəxş edən oğulların hünərindən, şəhidlər haqqında yazılan əsərlərin tərbiyəvi əhəmiyyətindən danışıblar. 

Tədbirin təşkilatçısı Nəfəs İB-nin sədri F.Balakişiyeva təqdim olunan kitabın müəllifi G.Murada və şəhid ailələrinin üzvlərinə Qarabağ motivli xatirə hədiyyələri təqdim edib. M.Quliyevsə şəhid ailələrinə, yaralı qazilərimizə davamlı dəstəyi ilə seçilən “NƏFƏS” İB sədri Firəngiz Balakişiyevaya və RHİM İB sədri A.Bağırovaya Təşəkkür plaketi təqdim edib. 

Sonda şəhid Milli Qəhrəman İlqar Mirzəyevin anasi Gülnar xanım, qardaşı Rəfael Mirzəyev, qəhrəmanın yaxin dostu – polkovnik Mürşüd Babayev, şəhid mayor Anar Novruzovun qardaşı Sucəddin Novruzov kitab və təqdimat mərasimindəki çıxışlar barədə öz ürək sözlərini bölüşüblər.

https://asiya.az/27105-tovuz-doyushleri-kitabinin-teqdimati-kechirdi-fotolar.html

blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
blank

“Biz sizə borcluyuq” kampaniyası ümumxalq şüarına çevrilir

Kampaniyanın adındakı “Biz” sözü təkcə 10 milyonluq Azərbaycan vətəndaşını deyil, 50 milyondan artıq olan dünya azərbaycanlılarını ifadə edir
Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğuMüharibə veteranlarının, qazi və şəhid ailələrinin sosial müdafiəsi, onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olub. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb, xüsusi kateqoriyaya məxsus insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Bununla yanaşı, şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması, onlara qayğı və diqqət göstərilməsi daim vətəndaş cəmiyyətinin də diqqət mərkəzində olub.

 44 günlük Vətən savaşında əhəmiyyətli xidmətləri ilə Qələbəyə töhfə verən qeyri-hökumət təşkilatları xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq, müharibədən sonrakı dönəmdə də təmənnasız kömək ənənələrini davam etdiriblər. QHT-lər şəhid ailələrinin və hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım sahəsində həmrəylik nümayiş etdiriblər. Bu gün də qeyri-hökumət təşkilatları xüsusi aktivlik nümayiş etdirir, çoxsaylı təşəbbüslərlə qazilərə, müharibə əlillərinə, şəhid ailələrinə qayğı göstərirlər. 
Belə mühüm təşəbbüslərdən biri də vətəndaş cəmiyyəti nümayəndələrinin və BDU-nun SABAH tələbə qruplarından ibarət Təşəbbüs Qrupu üzvlərinin könüllü olaraq icra etdikləri “Biz sizə borcluyuq” kampaniyasıdır. Kampaniya çərçivəsində mütəmadi olaraq şəhid ailələrini, qaziləri ziyarət edən “Biz sizə borcluyuq” kampaniyasının Təşəbbüs Qrupunun üzvləri arasında QHT nümayəndələri ilə yanaşı millət vəkilləri də var. 
Gözəl kampaniya barəsində “Şərq”ə danışan Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib ki, “Biz sizə borcluyuq” şüarı hər bir azərbaycanlının şəhid adı gələndə ilk keçirdiyi hisslərin sözlə ifadəsidir. QHT rəhbərinin sözlərinə görə, Qarabağ acısına son qoyan, bu torpaqların mənəvi və fiziki olaraq bizim olmasını hiss etdirən şəhidlərimiz və qazilərimizdir. Vətənin müdafiəsini özlərinə borc bilən bu insanlara və onların ailələrinə hər zaman borcluyuq:
 “Məqsədimiz şəhidlərimizi yad etmək, tanıtmaq və onların ailə üzvlərinə psixoloji dəstək göstərməkdir. Kampaniyaya çox ciddi şəkildə diqqət və maraq var. Sevindirici haldır ki, şəhid ailələrinə mənəvi dəstək xarakteri daşıyan “Biz sizə borcluyuq” kampaniyasına qoşulanların sayı gündən-günə artmaqdadır. Kampaniyaya millət vəkillərinin, yerli icra hakimiyyəti orqanlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin, tələbə-gənclərin, məktəblilərin, xaricdəki soydaşlarımızın qoşulması ilə əhatəmiz gündən-günə genişlənir. “Biz sizə borcluyuq” kampaniyası ümumxalq şüarına çevrilməkdədir.
Bu gün kampaniyadan xəbəri olan və olmayan minlələr soydaşımız sosial şəbəkə profillərində şəhidlərimizin şəkillərini paylaşır. Bununla artıq virtual ümumxalq işi həyata keçirmiş olurlar. Çünki şəhdlərimizi anmağı, yad etməyi hər kəs özünə milli borc bilir. Kampaniyanın davam etməsi, şəhidlərimizin adlarının əbədi yaşaması, anılması şəhid ailələrinin hər birinin istəyidir. Kampaniya çərçivəsində şəhid evlərini ziyarət edərkən, şəhid analarının bircə istəyi bu olur: “Şəhidlərimiz heç zaman unudulmasın!”. Bir maraqlı məqamı da qeyd edim. Şəhidlərimiz yaşından, rütbəsindən asılı olmayaraq, sanki eyni xarakterə, mənəvi keyfiyyətlərə, milli ruha, vətən sevgisinə malik olublar. Bir-birini tanımıyan şəhid anaları şəhid övladları haqqında danışanda sanki eyni adamdan bəhs edirlər. Şəhidlərimizin eyniliyini valideynləri özləri də etiraf edirlər. Müxtəlif taleli bu insanlar şəhidliyə gedən şərəfli yolda birləşiblər. Şəhid valideynlərinin, xüsusən analarının danışmağa, dərdlərini bölüşməyə ehtiyacı var. Onlar özlərinə dərd ortağı axtarırlar. Buna görə də şəhid ailələrinə davamlı olaraq psixoloji dəstəyin göstərilməsi mütləqdir”. 

F.Hüseynzadə qeyd edib ki, kampaniya öncədən nəzərdə tutulan müddətdən sonra da fəaliyyət istiqamətlərini işini davam etdirəcək:
 “Yenə də mütəmadi olaraq şəhid ailələri ziyarət olunacaq. Amma davamlı olaraq “Xarıbülbül” Psixoloji Yardım Mərkəzi tərəfindən şəhid ailələrinə, eləcə də şəhidliyin bir addımlığında olmuş qazilərimizə psixoloji dəstək göstəriləcək. Şəhid ailələri və qazilərimizin müxtəlif kliniklarda tibbi müayinə və müalicə işinə dəstək göstəriləcək. Xüsusən şəhid övladları bacarıqlarını və intellektual səviyyələrini, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmələri, asudə vaxtlarını səmərəli keçirmələri üçün məktəbdənkənar təhsil müəssisələrinə cəlb olunacaq. Bununla yanaşı, onların xarici ölkələrə turistik səfərləri təşkil ediləcək. Ümumiyyətlə, zaman-zaman kampaniya üzvləri planlı şəkildə yeni-yeni fəaliyyət istiqamətlərini gerçəkləşdirəcək. Bu fəaliyyətlərin icra olunması kampaniya üzvlərinin daxili və sosial məsuliyyət hissindən irəli gəlir. Həmçinin, bütün bunlar dövlətin bu istiqamətdə gördüyü işlərə vətəndaş cəmiyyəti olaraq veriləcək töhfədir”.Təşkilat rəhbəri bəyan edib ki, kampaniyanın adındakı “Biz” sözü təkcə 10 milyonluq Azərbaycan vətəndaşını deyil, 50 milyondan artıq olan dünya azərbaycanlılarını ifadə edir:
 “Vətən müharibəsi zamanı hər birimiz şahid olduq ki, 5 qitədə yaşayan soydaşlarımız Qarabağ uğurunda ayağa qalxaraq dəmir yumruq kimi birləşmişdi. Bütün dünya azərbaycanlılarının ürəyi Vətənlə döyünürdü. Bu gün Azərbaycanda şəhidlərimiz üçün bizlərin qəlbi necə sızlayırsa, necə onların qarşısında borc hiss edirksə, xaricdəki hər bir soydaşımız da eyni hissi keçirir”.“Biz sizə borcluyuq” kampaniyasının Təşəbbüs Qrupunun üzvü, millət vəkili Jalə Əhmədova da Türkiyənin “Öncə Vətən” qəzetinə müsahibəsində sözügedən kampaniya barədə açıqlama verib. Deputat bildirib ki, şəhidlərimiz hər birimizin övladıdır: 
“Hər bir şəhidimiz bizim qürurumuz, igid qəhrəmanlarımızdır. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biridir. Hökumətin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, bu istiqamətdə atdığı addımlar göz önündədir. Ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən QHT-lərin inkişafına daim diqqət yetirilir və onların fəaliyyəti qanunvericilik aktları ilə tənzimlənir”.

https://sherg.az/qarabag/179266

Firəngiz Balakişiyeva: “Türk ölkələrinin qardaşlığının dünyaya nümunə olacaq müttəfiqlik səviyyəsinə yüksəlməsi, türk xalqlarının həmrəyliyi bizim üçün hər zaman aktual olmalıdır”

“Azerforum.com” “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyevanın özəl müsahibəsini təqdim edir

-Bugünlərdə Özbəkistanda səfərdə oldunuz. Mediadan izlədiklərimizdən belə görünür ki, səfər qrafikiniz çox zəngin olub. Bu səfərlə bağlı təəssüratlarınızı bilmək istərdik.

 Özbəkistan səfərimiz olduqca zəngin və bir o qədər də faydalı keçdi. İş və görüş qrafikimiz çox sıx idi. Ümumilikdə 3 vilayətdə – Qarakalpakistan Muxtar Respublikası, Xarəzm vilayəti və Daşkənd şəhərində olduq. Daşkənddə Ali Məclisin senatı ilə görüşümüz oldu, müxtəlif mövzular ətrafında söhbət etdik, xüsusilə də Xocalı soyqırımının tanınması istiqamətində müzakirələr apardıq. Növbəti günlərdə Özbəkistanın Mədəniyyət naziri Ozodbek Nazarbekovla, həmçinin millət vəkilləri və ziyalılarla da bir araya gəldik, iki qardaş ölkənin mədəniyyət sahəsi istiqamətində həyata keçiriləcək gələcək planları müzakirə olundu. Daha sonra Turan Akademiyasında Qənirə xanımın “Addım-addım Özbəkistan” kitabının təqdimatı və Nizami Gəncəvinin Xəmsəsinin özbək dilinə tərcüməsinin təqdimatı keçirildi. Bununla yanaşı, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayevanın və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin  təşkilatçılığı ilə “Mədəniyyət və ədəbiyyat günləri” baş tutdu. Ümumiyyətlə, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin çox təqdirəlayiq işlərlə iki dövlət arasında mühüm işlər gördüyünü düşünürəm.

Xarəzm vilayətində Urgenc Universitetinin Mədəniyyət sarayında təşkil olunmuş konsert proqramında iştirak etdik. Orada Xarəzm vilayətinin rəhbərləri görüşdük və YUNESKO-nun qorunması altına aldığı Xivə şəhəri ilə Şuşamızın qardaşlaşmış şəhərlər olması mövzusunda müzakirələr apardıq, hər iki şəhərin tarixi və irsi əhəmiyyətindən danışdıq. Qarakalpakistan respublikasında isə həm universitetdə görüşlərimiz oldu, həm konsert proqramı, həm də Hüseyn Cavid adına Mədəniyyət Mərkəzinin açılışında iştirak etdik, Nazirlər Kabinetinin sədri ilə görüşdük. Ümumilikdə olduqca maraqlı, rəngarəng keçən səfərimizin istər dövlətlərarası, istərsə də millətlərarası əlaqələrin, birliyin, bərabərliyin, qardaşlığın güclənməsi istiqamətində çox faydalı olduğunu düşünürəm. Çünki, türk xalqlarının birliyini, türk qardaşlığını nə qədər çox təbliğ etsək, iqtisadi və siyasi sahələrlə yanaşı, mədəni əlaqələrimizi nə qədər zənginləşdirsək bir-birimizə bir o qədər möhkəm bağlarla bağlanarıq. Qeyd edim ki, noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünün keçirilməsi və burada mühüm qərarların verilməsi türk birliyi üçün olduqca əhəmiyyətlidir. Yeri gəlmişkən, bu tədbirdə cənab Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə mükafatlandırılması hər birimizi qürurlandırdı. Qloballaşan dünyamızda cərəyan edən hadisələr, siyasi və iqtisadi proseslər onu göstərir ki, türk ölkələrinin qardaşlığının dünyaya nümunə olacaq müttəfiqlik səviyyəsinə yüksəlməsi, türk xalqlarının həmrəyliyi bizim üçün hər zaman aktual olmalıdır.

-“Nəfəs” İctimai Birliyi yeni yaranmasına baxmayaq ətrafına çox böyük peşəkar komanda toplayıb. Sizin əsas fəaliyyət istiqamətiniz nədən ibarətdir?

-Əslində, tam olaraq bir istiqamətdə fəaliyyət göstərmirik. Bir növ “qaçanı qovuruq” desək, daha doğru olar. Lakin son bir ildə, demək olar ki, əsas gücünüzü şəhid və qazi ailələrinə ayırmışıq. Çünki ölkə olaraq olduqca çətin və həssas dönəmdən keçdik. Vətən müharibəsindən qalib ayrılsaq da, 30 illik Qarabağ həsrətimiz sona çatsa da, bizə zəfər yaşadan şəhid və qazilərimizdən aldığımız xəbərlər bizi üzürdü. Düşündük ki, əgər gücümüz yetirsə, biz də qollarımızı çirmələyib əlimizi daşın altına qoymalı və bir şeylər etməliyik. Lakin bununla yanaşı, çalışırıq ki, digər sahələri də unutmayaq. İstəyirik ki, xüsusi qayğıya ehtiyacı olan hər bir sahəyə yetişək. İstər sosial, istər mədəni, istər ekoloji sahələr olsun, gücümüz nəyə yetirsə dəstək göstərməyə çalışırıq.

-Siz bu komanda ilə paytaxtda və regionlarda şəhid ailələrinə nə kimi yardımlar edirsiz?

-Artıq şəhid ailələri və qazilərimiz bizə bir ömürlük əmanətdir. Bizim onlara həyatımızın sonunadək təşəkkür borcumuz var. Bu baxımdan çalışırıq ki, maksimum dərəcədə hər birini diqqət mərkəzində saxlayaq. Artıq, demək olar ki, 1 ilə yaxın bir müddətdə 200-dən çox şəhid ailəsini ziyarət etmişik, 100-ə yaxın qazimizin istər sağlamlıq baxımından, istər sosial qayğılarına dəstək olmuşuq. Bəzilərinin əməliyyatını həyata keçirmişik. Çalışırıq ki, sadəcə mərkəzdə – Bakıda yaşayan ailələri yox, bölgələrdə yaşayanları da diqqətdən qaçırmayaq. Mövcud imkanlarımız daxilində vaxtaşırı bölgələri də ziyarət edirik.

-“Biz sizə borcluyuq” kampaniyasının Təşəbbüs Qrupunun fəal üzvü olaraq siz də şəhid evlərini ziyarət edirdiz. Hərçənd, bu sizin üçün yeni deyil. Qeyd etdiyiniz kimi, siz davamlı olaraq şəhid ailələrinə baş çəkirsiz. Bəs, bu kampaniyada iştirak etmək sizə nə verdi? Yəni nə kimi yeni təcrübə əldə etdiniz?

-Əvvəla, bu kampaniya sayəsində çox dəyərli insanlar tanıdım. Hansı ki, ürəyi Vətən sevgisiylə döyünən, üzərinə düşən vəzifəni böyük sevgi ilə, canla-başla yerinə yetirən, müxtəlif sahənin, müxtəlif peşənin insanları bir araya toplanmışdı. Daha sonra bir daha anladım ki, tək əldən çıxan səslə kütlədən çıxan səs çox fərqlidir. El gücü həqiqətən sel gücüdür, böyük komanda ilə daha böyük işlər görüb, daha böyük problemlərin, sıxıntıların öhdəsindən gəlmək mümkündür.

-Sizcə, bu kampaniyanın davamlılığını necə artırmaq olar? Ümumiyyətlə, buna nə dərəcədə ehtiyac var?

-Davamlılıq çox önəmlidir. Bir işin keyfiyyətlə görülməsi qədər önəmlidir onun davamiyyəti. Düşünürəm nə qədər ki, yaşayırıq, nə qədər ki həyatdayıq bizim borcumuzdur ki, onları xatırlayaq, yad edək, diqqət mərkəzində saxlayaq və ən önəmlisi bu ənənəni gələcək nəsillərə ötürək. Çünki gələcək nəsillər azad və firavan ölkədə yaşamağın nə demək olduğunu, bunu kimlərin sayəsində və hansı çətinliklərlə əldə etdiyimizi bilməlidirlər ki, onlar da bu ənənəni qoruyub saxlamağı bacarsınlar.

-“Nəfəs” tərəfindən perspektivdə hansı layihələrin həyata keçirilməsi nəzərdə tutulub?

-Təbii ki, əsas istiqamətimiz yenə də şəhid və qazi ailələridir. Lakin bununla yanaşı, sosial, sağlamlıq, təhsil, ekologiya kimi sahələrdə yaranan problemlər də bizim üçün çox önəmlidir. Bu ay ərzində gözdən əlil insanlarımızla görüşümüz gözlənilir, hansı ki, onların mövcud problemləri ilə maraqlanıb həll yolları tapmağa çalışacağıq. Həmçinin, təhsil sahəsində həyata keçirmək üzrə olduğumuz maraqlı bir layihəmiz var, o da hazırlıq mərhələsindədir. Daha əvvəl də reallaşdırdığımız ağacəkmə aksiyamızı da bu yaxınlarda yenidən təkrarlamağı planlaşdırırıq. Əlimizdən gəldiyi qədər çalışacağıq ki, bir-birindən fərqli sahələrdə faydalı işlərlə məşğul olub, fəaliyyət sahəmizi genişləndirək.

https://azerforum.com/az/nefes-sedri-isteyirik-ki-xususi-qaygiya-ehtiyaci-olan-her-bir-saheye-yetisek

Yay tətili boyunca məktəblilərin asudə vaxtlarını səmərəli dəyərləndirməsi üçün Bonus Gənclər Birliyi ilə birgə bəzi ortaq layihələr həyata keçirdik. Yeniyetmələrdə oxu vərdişləri yaratmaq, onların dünyagörüşlərini inkişaf etdirmək, ədəbiyyata və xarici dil öyrənməyə olan maraqlarını daha da artırmaq üçün “Mütaliə” və “Danışıq” klublarını təşkil etdik.

Kitabsevər dostlarımız bu aylar ərzində Xalid Hüseyninin “Çərpələng uçuran”, Çingiz Abdullayevin “Vyana gecəsinin sirri”, Paulo Coelhonun “Kimyagər” və digər bu kimi əsərləri oxudular, müzakirə etdilər.

🗣 Xarici dil bilgilərini artırmaq üçün isə hər həftə bir araya gələrək müxtəlif mövzular ətrafında diskussiya apardılar.

Unutmayaq ki, gənclərimiz üçün faydalı olmaq öz əlimizdədir və bütün bu müddət ərzində buna nail ola bildiyimiz üçün sevincliyik.

Yazı naviqasiyası