MM-nın Mədəniyyət komitəsinin sədri Q. Paşayeva Aşağı Öysüzlü, Yuxarı Öysüzlü və Abulbəyli kəndindən olan şəhid ailələri ilə görüşüb Milli Məclisin üzvü, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonunun Aşağı Öysüzlü, Yuxarı Öysüzlü və Abulbəyli kəndindən olan şəhid ailələri ilə görüşüb.Abulbəyli kənd sakinləri –”Vətən uğrunda” medalı ilə təltif edilmiş şəhidi baş leytenant Emin Pünhan oğlu Mahmudov (01.06.1994, Tovuz – 11.10.2020, Hadrut),”Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid leytenant Aqil Aydın oğlu Məcidov (03.04.1998, Tovuz – 28.09.2020, Füzuli),”Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid əsgər Röyal Elzar oğlu Aslanov (17.05.2001, Abulbəyli, Tovuz – 30.09.2020, Füzuli),Aşağı Öysüzlü kənd sakinləri –”Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Fuad Ramin oğlu Əliyev (10.05.2001, Aşağı Öysüzlü, Tovuz – 11.11.2020, Şuşa),”Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Seymur Hüseyn oğlu Mehdiyev (20.04.1995, Aşağı Öysüzlü, Tovuz – 25.10.2020, Füzuli),Yuxarı Öysüzlü kənd sakinləri –”Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Vüqar Seyid oğlu Əkbərov (12.09.1990, Tovuz – 07.11.2020, Şuşa),”Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Elmar Elşən oğlu Əhmədov (28.07.2000, Yuxarı Öysüzlü, Tovuz – 19.11.2020, Füzuli),”Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Münasib Mübariz oğlu Yusifov (14.05.2000, Yuxarı Öysüzlü, Tovuz – 06.11.2020, Laçın),”Vətən uğrunda” medalı ilə təltif edilmiş şəhid Yusif Yaşar oğlu Ələsgərovun (14.10.1996, Yuxarı Öysüzlü, Tovuz – 07.11.2020, Xocavənd) ailə üzvləri iştirak edib.Şəhid ailəsi üzvlərini dinləyən Q.Paşayeva, fədakar zabit və əsgərlərin həyat və döyüş yolu ilə yaxından maraqlanıb, ailələrin qayğılarını öyrənib, öz ürək sözlərini bölüşüb, onları Ramazan bayramı münasibəti ilə təbrik edib:”Əziz şəhid ailələri,Siz Vətən uğrunda şəhid olmuş əsgərlərimizin doğmaları, ailə üzvlərisiz.Canını Vətən uğrunda qurban vermiş əziz şəhidlərimizlə hər zaman qürur duyacağıq.Şəhidlərimizin əziz ruhu qarşısında ehtiramla baş əyirik!Sizlərə – şəhidlərimizin ailə üzvlərinə minnətdarıq!Vətən Müharibəsindəki tarixi zəfərimizin sevinc və qürurunu daha çox Siz şəhid ailəsi üzvləri haqq edirsiz.Müqəddəs Ramazan bayramınız və qarşıdan gələn Cümhuriyyət gününüz mübarək olsun”!Komitə sədrinin şəhid ailələri ilə görüşündə Tovuz rayon İcra hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Təranə Bayramova, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva iştirak edib.Şəhid ailələrinə Komitə və “Nəfəs” İB adından yazılmış məktublar, eləcə də Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.
Milli Məclisin üzvü, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Ramazan bayramı günlərində Tovuz şəhərində, bu şəhərin 44 günlük Vətən Müharibəsində şəhid olmuş sakinlərinin ailə üzvləri ilə görüşüb.
Asiya.az xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanı, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Orxan Rövşən oğlu Cabbarov (16.10.1995, Tovuz – 09.11.2020, Şuşa),
“Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Ceyhun İqabl oğlu İsmayılov (25.09.1996, Tovuz – 2020, Füzuli),
“Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş şəhid Elmar Cəbrayıl oğlu Şirinov (09.03.2002, Xatınlı, Tovuz – 08.11.2020, Şuşa),
“Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Amil Bədrəddin oğlu Rüstəmov (10.12.1995, Bayramlı, Tovuz – 08.11.2020, Şuşa),
“Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Elcan Famil oğlu Cəlilov (26.02.1996, Tovuz –07.11.2020, Xocavənd) və “Vətən uğrunda” medalı ilə təltif edilmiş şəhid Cavid Natiq oğlu Hüseynovun (03.06.2001, Tovuz – 31.10.2020, Xocavənd) ailə üzvləri iştirak edib.
Şəhid ailəsi üzvlərini dinləyən Q.Paşayeva, fədakar Vətən oğullarının həyat və döyüş yolu ilə yaxından maraqlanıb, ailələrin qayğılarını öyrənib, öz ürək sözlərini bölüşüb və onları Ramazan bayramı münasibəti ilə təbrik edib:
“Əziz şəhid ailələri,
Siz Vətən uğrunda şəhid olmuş əsgərlərimizin doğmaları, ailə üzvlərisiz.
Canını Vətən uğrunda qurban vermiş əziz şəhidlərimizlə hər zaman qürur duyacağıq.
Şəhidlərimizin əziz ruhu qarşısında ehtiramla baş əyirik!
Sizlərə – şəhidlərimizin ailə üzvlərinə minnətdarıq!
Vətən Müharibəsindəki tarixi zəfərimizin sevinc və qürurunu daha çox Siz şəhid ailəsi üzvləri haqq edirsiz.
Müqəddəs Ramazan bayramınız mübarək olsun”!
Komitə sədrinin şəhid ailələri ilə görüşündə Tovuz rayon İcra hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Təranə Bayramova, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva iştirak edib.
Şəhid ailələrinə Komitə və “Nəfəs” İB adından yazılmış məktublar, eləcə də Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.
http://asiya.az/2021/05/16/qenire-pashayeva-tovuz-sheherinde-shehid-aileleri-ile-gorushub.html
“Nəfəs” İctimai Birliyi Huner Group-un dəstəyi ilə aprelin 30-da “Bir ağac bir nəfəs” devizi altında genişmiqyaslı ağacəkmə aksiyası həyata keçirib.
Baki-xeber.com-un xəbərinə görə, Huner Group-un təsisçisi və direktoru Ehtiram Quliyevin və “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyevanın rəhbərliyi ilə keçirilən aksiyada təbiət dostu könüllülər də iştirak edib. Belə ki, aksiya çərçivəsində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin inzibati ərazsində ümumilikdə 500 ədəd şam ağacı əkilib və ətraf ərazidə apadlıq işləri aparılıb.
Ətraf mühitin mühafizəsinin, yaşıllıq zonasının, yaşam mənbəyimiz olan ağacların çoxaldılmasının vacibliyinə diqqət çəkmək istəyən hər iki qurum bu aksiyanı “Bir ağac bir nəfəs” devizi ilə davamlı olaraq həyata keçirəcəyini bildirib.
Qeyd edək ki, “Nəfəs” İctimai Birliyi eyni maraqlar altında birləşmiş könüllülərin təşəbbüsü ilə yaradılan, gəlir əldə etməyi nəzərdə tutmayan, dayanışma və yardımlaşma prinsipləri ilə fəaliyyət göstərən insanlıq hərəkatıdır.
https://www.baki-xeber.com/gundem/120435.html
“Nəfəs” İctimai Birliyi Huner Group-un dəstəyi ilə birgə aprelin 30-da “Bir ağac bir nəfəs” devizi altında geniş miqyaslı ağacəkmə aksiyası həyata keçirib.
Huner Group-un təsisçisi və direktoru Ehtiram Quliyevin və “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyevanın rəhbərliyi ilə keçirilən aksiyada təbiət dostu könüllülər də iştirak ediblər. Belə ki, aksiya çərçivəsində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin inzibati ərazisində ümumilikdə 500 ədəd şam ağacı əkilib və ətraf ərazidə abadlıq işləri aparılıb. Ətraf mühitin mühafizəsinin, yaşıllıq zonasının, yaşam mənbəyimiz olan ağacların çoxaldılmasının vacibliyinə diqqət çəkmək istəyən hər iki qurum bu aksiyanı “Bir ağac bir nəfəs” devizi ilə davamlı olaraq həyata keçirəcəyini bildirib.
Qeyd edək ki, “Nəfəs” İctimai birliyi eyni maraqlar altında birləşmiş könüllülərin təşəbbüsü ilə yaradılan, gəlir əldə etməyi nəzərdə tutmayan, dayanışma və yardımlaşma prinsipləri ilə fəaliyyət göstərən insanlıq hərəkatıdır.
http://moderator.az/cemiyyet/375849/nefesden-bir-aac-bir-nefes-aksiyasi-fotolar/
“Nəfəs” İctimai Birliyi Huner Group-un dəstəyi ilə birgə aprelin 30-da “Bir ağac bir nəfəs” devizi altında geniş miqyaslı ağacəkmə aksiyası həyata keçirib.
Huner Group-un təsisçisi və direktoru Ehtiram Quliyevin və “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyevanın rəhbərliyi ilə keçirilən aksiyada təbiət dostu könüllülər də iştirak ediblər. Belə ki, aksiya çərçivəsində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin inzibati ərazisində ümumilikdə 500 ədəd şam ağacı əkilib və ətraf ərazidə abadlıq işləri aparılıb. Ətraf mühitin mühafizəsinin, yaşıllıq zonasının, yaşam mənbəyimiz olan ağacların çoxaldılmasının vacibliyinə diqqət çəkmək istəyən hər iki qurum bu aksiyanı “Bir ağac bir nəfəs” devizi ilə davamlı olaraq həyata keçirəcəyini bildirib.
Qeyd edək ki, “Nəfəs” İctimai birliyi eyni maraqlar altında birləşmiş könüllülərin təşəbbüsü ilə yaradılan, gəlir əldə etməyi nəzərdə tutmayan, dayanışma və yardımlaşma prinsipləri ilə fəaliyyət göstərən insanlıq hərəkatıdır.
https://azadinfo.az/xeber/7062/nefes-den-bir-agac-bir-nefes-aksiyas.html



