“Yeni Gündəm” xəbər verir ki, sədr açıqlamasında qeyd etdi ki, Sənanın həyat yoldaşı Şəbnəm xanım birliyimizə müraciət edərək övladlarının – Fidan, Ləman və Kənanın Bakıda yerləşən Kaspi liseyinə qəbul aldığını və bu səbəbdən Bakıya köçməli olduqlarını bildirdi.Biz də şəhidimizin dəyərli ailəsinin yanında olmağı özümüzə borc bilərək onların Bakı şəhərində yaşaması üçün kirayə mənzil ilə təmin etdik və 1 il boyunca ödənişinə dəstək olmağı öhdəliyimizə götürdük.
Sonda sədr qeyd etdi ki, əziz balalarımıza təhsil həyatında uğurlar arzulayır, atasının, ailəsinin adını hər zaman uca tutmalarını diləyirik.
Unutmayaq ki, bütün şəhid övladları bir ömürlük əmanətimizdir.
Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru Sənan Zamanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Sənan Zamanov oktyabrın 1-də Suqovuşan döyüşləri şəhid olub. Qusar rayonunun Çiləgir kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalı və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif edilib.
2018-ci ildə isə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalına layiq görülüb.Serebral iflicindən əziyyət çəkən Şəms “Nəfəs” ictimai birliyinin qonağı oldu.
“Yeni Gündəm” xəbər verir ki, sədr Firəngiz Balakişiyeva açıqlamasında qeyd etdi ki, həyat dolu təbəssümü ilə hər birimizin qəlbini isidən bu kiçik qızımızın 6 yaşı var. “Nəfəs” İctimai Birliyi olaraq Şəmsin əlindən tutub 1 il boyunca bütün müalicə məsrəflərini öhdəliyimizə götürdük. “Qüsursuz Nitq” Korreksiya Mərkəzində Şəmsin loqopedik masaj, psixopedaqoq və fizioterapiya seanslarına artıq başlamışıq.
Həkimlərimiz də, biz də ümid edirik ki, təyin olunan müalicə prosesi davam etdikcə Şəmsin vəziyyətində müsbət dəyişiklikləri müşahidə etməyə başlayacağıq.
Yenigundem.az bit.ly/3Pd0N0Z



