Ramazan paylaşmaqdır, verən əl ilə alan əli birləşdirən, birlik və bərabərlik ayıdır. Biz də “Nəfəs” komandası olaraq 64 ailəyə əlimizdən və könlümüzdən gələrək hazırladığımız bayram sovqatını çatdırdıq. Sabunçu qəsəbəsində yaşayan, sosial durumu çətin olan aztəminatlı ailələri ziyarət etdik və onlara sevgi ilə topladığımız ərzaq məhsullarından ibarət yardım qutularını təqdim etdik.
İnsanların simalarında yaranan təbəssüm, ehtiyaclarına verilən kiçik bir nəfəs bizim üçün ən böyük bayram sevincinə bərabərdir.



